Piyada keçidindən keçməyən şəxsi maşın vurdu
10 Fevral 2024 13:56 HadisəYaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub.
Olaylar.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində baş verib.
"Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31