Zaqatalada maşın vuran məktəblinin son vəziyyəti açıqlandı

Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Olaylar.az-ın xəbərinə görə, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Qeyd edlib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.

Xatırladaq ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub.

Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31