Bank kartından oğurluq edən qadın saxlanıldı
10 Fevral 2024 11:30 HadisəBank kartından oğurluq edən qadın saxlanılıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31