İşlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı

Bərdədə nəqliyyat vasitəsi qaçırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən "VAZ-21015" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31