Bakıda zəncirvari qəza - VİDEO

Bakıda gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Olaylar.az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib.

Zəncirvari qəzanın videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

İlkin məlumata görə, "Ford Fusion", "Toyota Prius" və daha iki avtomobil bir-birinə çırpılıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31