İrandan ölkəyə 11 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı
9 Fevral 2024 16:57 HadisəDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Olaylar.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.
Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31