12 yaşlı uşaq bu səbəbdən intihar edibmiş
9 Fevral 2024 16:37 HadisəGəncədə 12 yaşlı oğlanın intihar etməsinin ilkin səbəbi açıqlanıb.
Olayar.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Daşkörpü adlan ərazisində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.
2012-cü il təvəllüdlü A.Məmmədovun meyiti valideyinləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
İlkin məlumata görə, 12 yaşlı oğlanın valideyinləri telefonu onun əlindən alıb. Bu səbəbdən də o intihar edib.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31