İmişlidə 11 yaşlı uşağın axtarışları davam etdirilir

Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən ilin 26 dekabrında İmişli rayonu, Qaragüvəndikli kəndində itkin düşən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Nazirlikdən Olaylar.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31