Cəbrayılda silah-sursat aşkarlandı
9 Fevral 2024 16:25 HadisəCəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Olaylar.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar aşkar edərək götürüblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31