Bakıda 4 min manatlıq əlvan metal oğurlandı
9 Fevral 2024 10:22 HadisəBakıda 4 min manatlıq əlvan metal oğurlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Xanəli Bəyaliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31