Hərbi helikopter qəzaya uğradı: ölənlər var
8 Fevral 2024 18:41 HadisəƏlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Əlcəzair Prezident Admistrasiyası məlumat yayıb.
"Planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi helikopteri Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı 3 ekipaj üzvü həlak olub", - məlumatda qeyd edilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31