Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 6-da və 7-də Xankəndi şəhəri ərazisində 3 ədəd avtomat silahı, 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31