ABŞ-də intihar edən azərbaycanlı gənclə bağlı bəzi məqamlar məlum oldu
6 Fevral 2024 20:44 HadisəABŞ-də intihar etdiyi deyilən azərbaycanlı Şahbaz Abdurrahmanovun nəşinin bu həftə ölkəyə gətiriləcəyi gözlənilir.
Olaylar.az bildirir ki, bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat veriblər.
Məlumata görə, o, əslən Füzuli rayonundan olub. Ailədə iki qardaş olublar.
Ailə yaxınlarının məlumatına görə, Ş.Abdurrahmanov sonuncu dəfə anası ilə ötən həftənin birinci günü görüntülü əlaqə saxlayıb. ADA Universitetini bitirən Şahbaz Abdurrahmanov ABŞ-yə təhsilini davam etmək üçün gedibmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31