Avtomobili ilə birgə itkin düşdüyü deyilən şəxsin cəsədi tapıldı
6 Fevral 2024 12:45 HadisəYevlaxda itkin düşdüyü deyilən şəxsin meyiti tapılıb.
Olaylar.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov əvvəlcə itkin kimi qeydiyyata alınsa da, onun idarə etdiyi avtomobillə qəza edərək kanala düşdüyü və nəticədə öldüyü məlum olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı Trend-ə təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31