Ötən gün 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
6 Fevral 2024 10:38 HadisəPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr - 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin, 1010 dəd metadon həbi olub.
Qeyd edilib ki, bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31