Xankəndidə silah-sursat aşkarlandı
6 Fevral 2024 10:28 HadisəXankəndidə silah-sursat aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31