Bakıda qazanxana partladı

Yasamal rayonundakı qazanxanada baş verən partlayışda bir nəfər xəsarət alıb.

APA  xəbər verir ki, həmin şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31