Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb.
Olaylar.az xəbər verir ki, bu gün səhər saatlarında Qusar-Quba yolunun 4-cü kilometrliyində baş verən avtomobil qəzasında xəsarət alan 5 nəfərdən biri, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu xəstəxanada ölüb.
Qəzada yaralanan digər 4 nəfərin isə müalicələri xəstəxanada davam etdirilir. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31