Minaya düşən şəxsin ayağı amputasiya olundu
5 Fevral 2024 13:19 HadisəBu gün saat 12:10 radələrində Məmmədov Azər adlı şəxs xəstəxanaya gətirilib.
Olaylar.az xəbər verir ki, Bu barədə Trend-ə açıqlamasında Tərtər Rayon Mərkəzi Xəstəxanasının cərrah-həkimi Mübariz Mahmudov deyib.
O qeyd edib ki, onun sol ayağı baldır oynağı səviyyəsində amputasiya olunub.
"Qanaxma dayandırılıb və ilkin cərrahi yardım edildi. Xəstə Bərdəyə müalicə üçün göndərildi", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün saat 11:45 radələrində Ağdərə rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı olub. 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31