Xankəndidə 7 avtomat, 3 qumbara aşkarlandı

Polis əməkdaşları ötən gün Xankəndi şəhərindən xeyli odlu-silah sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31