Şəmkir sakini güllələndi: Qardaşlar SAXLANILDI
3 Fevral 2024 11:11 HadisəŞəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Olaylar.az-ın yerli bürosuna bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31