Xankəndidə 2 pulemyot, 19 avtomat, 4 tapança tapıldı

Yanvarın 15-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 19 ədəd avtomat silahı, 4 ədəd tapança tapılıb.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bundan başqa 4 ədəd tüfəng, 1 qumbaraatan, 13 ədəd qumbara, 2792 ədəd müxtəlif çaplı patron, 64 patron darağı və digər sursatlar aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31