Ağcabədi sakinlərindən narkotik və silah-sursat götürüldü
16 Yanvar 2024 10:03 HadisəAğcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Olaylar.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb.
Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietelin torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Cavadov da saxlanılaraq şöbəyə gətirilib.
Ondan 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5 ədəd patron aṣkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.