Yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib - TƏBİB
27 Dekabr 2023 12:04 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib.
Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib.
Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.
Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cismin xaric olunması əməliyyatı uğurla başa çatıb.
Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31