Güclü külək çinar ağacını magistral yola aşırıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində əsən güclü külək nəticəsində 1 ədəd çinar ağacı magistral yola aşaraq nəqliyyatın hərəkətinə maneə yaradıb.

Olaylar.az xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyindən kömək istənilib.

FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri müvafiq vasitələrdən istifadə etməklə irigövdəli ağacı yolun hərəkət hissəsindən götürərək nəqliyyatın sərbəst hərəkətini bərpa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31