Ağdamda bir nəfər minaya düşdü
26 Dekabr 2023 14:00 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ağdam rayonunda mina hadisəsi baş verib.
Olaylar.az Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 2023-cü il 26dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır.
Vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31