Ögey qızı tərəfindən bıçaqlanan atanın son durumu AÇIQLANDI
26 Dekabr 2023 13:39 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda ögey qızı tərəfindən bıçaqlanan şəxsin vəziyyəti barədə açıqlama verib.
Olaylar.az xəbər verir ki, qurumdan bildirilib ki, 1987-ci il təvəllüdlü şəxs 25.12.2023-cü il tarixində saat 23:40 radələrində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:
"Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahiyə profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabildir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31