Naxçıvanda çoban qoyunların qarşısında çıxış etdi - VİDEO
26 Dekabr 2023 11:02 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Naxçıvanda qeyri-adi hadisə baş verib.
Olaylar.az xəbər verir ki, qoyunçuluqla məşğul olan Nurani Naxçıvanlı adlı çoban sosial ədalətsizlikdən şikayətlənib. O, təsərrüfatı üçün tələb olunan dərmanları gömrükdən keçirə bilməməkdən gileylənib. Çoban iddia edib ki, qoyunların sağlamlığı üçün tələb olunan dərmanlar gömrük orqanları tərəfindən müsadirə edilsə də, apteklərdə 7 manata satılır.
Çobanın seçdiyi qeyri-adi etiraz üsulu maraqla qarşılanıb. Sosial şəbəkələrdə yüzlərlə insan ona dəstək xarakterli şərhlər yazıblar. (Yenisabah.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31