İşğaldan azad edilən ərazilərdə daha 64 mina aşkarlanıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Qeyd edilib ki, ötən həftə - 18-24 dekabr tarixlərində 11 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 307 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 487.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31