Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib - FOTO

Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib

Olaylar.az xəbər verir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Rusiya Federasiyası istiqamətindən idarənin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi və hazır qida məhsullarını daşıyan avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindəki soyuducuda gizlədilmiş müxtəlif adda 3050 qutu siqaret aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31