Bu il Azərbaycanda baş verən yanğınların sayı açıqlandı
26 Avqust 2022 12:19 Hadisə2022-ci il ərzində ölkə ərazində baş verən yanğınlarda 29 nəfər həlak olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
"Azərbaycanda bu il 10 900 yanğın hadisəsi olub. Əksəriyyəti meşə və meşə massivi ərazisində qeydə alınıb. Yanğınlar zamanı 2318 biçilmiş taxıl zəmiləri yanıb", - nazir müavini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31