İranda təbii fəlakət: ölənlər var
31 Avqust 2023 22:36 Güneyİranın şimal-qərbində iki gün ərzində baş verən daşqınlar nəticəsində azı 357 nəfər zərər çəkib, 3 nəfər isə ölüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, 241 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Zərərçəkənlərdən biri təbii fəlakət sonrası daşqında boğulub, digər iki nəfər isə ildırım vurması nəticəsində ölüb.
Daşqına güclü yağışlar səbəb olub. Xilasetmə əməliyyatları hələ də davam edir. Daşqın zonasından 30 evin sakinləri təxliyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31