İran Özbəkistanla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsini əhəmiyyətli hesab edir

İran Özbəkistanla müxtəlif sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, tranzit, lojistika üzrə əlaqələrin inkişaf etdirilməsini əhəmiyyətli hesab edir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün (11 mart) Tehranda Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri Bəxtiyar Səidovla görüşdə deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, iki ölkənin mövcud potensiallarından istifadə etməklə ikitərəfli münasibətləri daha da yüksəltmək mümkündür.

Görüşdə Özbəkistan XİN-in rəhbəri Bəxtiyar Səidov da iki ölkə arasında əməkdaşlıqlar, xüsusilə də tranzit sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqların artırılmasının vacibliyini qeyd edib.

B.Səidov Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının iclasının keçirilməsi üçün proqramın hazırlandığını qeyd edib.

Görüşdə tərəflər beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Dəhlizi, iki ölkə arasında yeni preferensial ticarət razılaşması, ticarət dövriyyəsinin artırılması və digər məsələlər haqda danışıqlar aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31