İrandakı rejim çökəcək, o ölkə dağılacaq və Güney Azərbaycan Cümhuriyyəti qurulacaq - ÖZƏL
2 Mart 2023 13:54 Güney"44 günlük Vətən Müharibəsi dövründə biz İranın xain davranışlarını müşahidə etdik və buna çox təəsüfləndik".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"İran həmişə sözdə özünə şiə, müsəlman deyirdi və bizə də müsəlman qardaşlar deyirdilər. Amma qardaşlıq olmadı, əksinə, bizə xəyanət etdilər, arxadan zərbə vurdular. Açıq şəkildə Ermənistanı, erməniləri dəstəklədilər və hətta onlara silah daşıyacaq qədər alçaldılar. Əlbəttə ki, belə bir şəraitdə Azərbaycan Respublikasının İranla münasibətlərinin tezliklə yumşalması haqqında danışa bilmərik. Digər tərəfdən də bizim gözləntilərimiz ondan ibarətdir ki, İrandakı rejim çökəcək, o ölkə dağılacaq və Güney Azərbaycan Cümhuriyyəti qurulacaq. Yəni, bundan sonrakı mərhələdə, perspektivdə Azərbaycan Respublikasının artıq indi mövcud olan İran İslam Respublikası ilə münasibətləri haqqında danışmayacağıq. Əksinə, İranın yerində qurulan yeni dövlətlərlə münasibətlər haqqında danışa bilərik".