İrandakı iğtişaşlar səngiyir? - ÖZƏL

"İrandakı iğtişaşların səngidiyini tam olaraq deyə bilmirik".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Mən şəxsən özüm hər gün, hər saat İrandakı hadisələri izləyən biriyəm və hər gün onlarla video paylaşılır ki, orda müxtəlif şəhərlərdə insanların kütləvi şəkildə hökumətə, hökümətin yerli nümayəndəliklərinə etiraz etdiklərini müşahidə edirik. Bundan savayı, İran rejimi Güney Azərbaycan şəhərləri də daxil olmaqla, ölkənin hər tərəfində repressiv tutuqlanmalar həyata keçirir, insanlar həbs edilir və özəlliklə də milli fəallar, onlara qarşı sərt cəzalar tətbiq olunur. Yəni, hərəkatın səngidiyini və yaxud iğtişaşların səngidiyini deyə bilmərik. Hər gün özəlliklə də Qasım Süleymaninin, Xomeyninin, Rəisinin şəkilləri, posterləri yandırılır, onlara benzin tökülür və s. Bunları müşahidə edirik, ona görə də, hərəkatın, iğtişaşların səngidiyini birmənalı deyə bilmərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31