Tehranda şagirdlər zəhərləndilər
28 Fevral 2023 10:32 GüneyTehranın Şimali Cənnətabad qəsəbəsində yerləşən Məbəs məktəbinin şagirdləri zəhərləniblər.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, təcili yardım gecikdiyindən zəhərlənən məktəbliləri öz valideynləri xəstəxanaya çatdırıblar.
Məktəbdə daha bir neçə şagirdin də vəziyyəti pisləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31