İranda atışma baş verib: Dörd nəfər yaralanıb - VİDEO

Ötən gecə İranın İlam əyalətinin Dehloran şəhərində etirazçılarla hökumətə bağlı Bəsic qüvvələri arasında silahlı qarşıdurma meydana gəlib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Bildirilib ki, xalqa divan tutan yarımhərbi və radikal Bəsic qüvvələri aksiya keçirmək istəyən gənclərə atəş açıblar. Azadlıqsevərlər qarşı tərəfə atəşlə cavab veriblər. Atışma nəticəsində iki gənc və rejimin iki muzdlusu yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31