İranda daha bir zəlzələ olub: xəsarət alanlar var
4 Fevral 2023 10:09 GüneyBu gün (4 fevral) yerli vaxtla 06:15 radələrində İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunda 4,7 bal gücündə zəlzələnin baş verməsi nəticəsində indiyədək 3 nəfər xəsarət alıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirmanşah vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əfşin Yegane deyib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Yegane əlavə edib ki, zəlzələ nəticəsində dəyən xəsarətin dəyərləndirilməsi ilə əlaqədar araşdırmalar aparılır.
Qeyd edək ki, 28 yanvarda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda saat 21:00 radələrində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31