Rəqs edən iranlı cütlük 10 il həbs olundu

İran məhkəməsi Tehranın əsas görməli yerlərindən birinin qarşısında rəqs edən gənc cütlüyə 10 ildən çox həbs cəzası verib.

Olaylar.az xəbər verir ki, 20 yaşlarında olan Astiyazh Haqihi və onun nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəllərində Azadi Qülləsinin qarşısında romantik rəqs edərkən çəkilən videonun internetdə yayılmasından sonra həbs edilib.

Haqihi İran qaydalarına zidd olaraq hicab taxmayıb. Qadınlara kişi ilə ictimai yerlərdə rəqs etmək də qadağandır.

ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) Tehrandakı inqilab məhkəməsinin müttəhimlərə 10 il 6 ay həbs cəzası verdiyini, internetdən istifadə və İranı tərk etməyə qadağa qoyub.

Tehranda artıq məşhur İnstaqram istifadəçisi olan cütlük "korrupsiya və ictimai fahişəliyi təbliğ etmək", həmçinin "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq"da təqsirli bilinib.

Manşet.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31