Molla rejimi azərbaycanlıları işdən çıxarır - ÖZƏL

İranın " Şərqi Azərbaycan Vəkillər Mərkəzinin" idarə heyətinin sədri Amid Rəhmayi Sadıq Azər rejimin təzyiqi ilə istefaya göndərilib. "OLAYLAR" xəbər verir ki, bu barədə xəbəri tarixçi Rəfael Eminov verib. O bildirib ki, Amid Rəhmayi Sadiq Azərin istefasına səbəb ona təqdim edilmiş 50 dən artıq mərkəzin üzvü olan vəkilin işdən çıxarılması ilə bağlı tələbin yerinə yetirməməsi olub. Belə ki, rejim ondan həmin vəkillərin işdən çıxarılmasını tələb edib, Sadiq Azər isə bu əmələ riayət etməyib. Qeyd edək ki, vəkillər həbs edilən etirazçıların hüquqlarının qorunması üçün aktiv mübarizə aparırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31