İranda SEPAH-ın 4 üzvü öldürülüb

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Pakistanla sərhəd məntəqəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 4 üzvü öldürülüb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun cənub-şərq qərargahı məlumat yayıb.

Məlumata görə, naməlum silahlıların atəş açması nəticəsində 1 leytenant və 3 əsgər öldürülüb. SEPAH qüvvələrinin atəş açması nəticəsində silahlılar ölkə ərazisini tərk ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31