"Buna görə təəssüf edirəm və üzr istəyirəm" - FOTO
26 Noyabr 2022 23:16 GüneyBu günə qədər dayanmadan Azərbaycana və onun Prezidentinə qarşı hədyan dolu bəyanatlar verən siyasi təhlilçi Ehsan Movəhhediyan artıq geri çəkildiyini elan edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, o, bu dəqiqələrdə özünün "Twitter" hesabında bunun üçün bəhanələr sayıb:
"Mənə kənardan yaradılan çoxlu narahatlıqlar, fəaliyyətimin çoxluğu və düşmənlərin sonsuz hakerlik cəhdləri və s. ucbatından hesabımı hələlik xüsusi rejimə keçirdim və fəaliyyətimi azalda yaxud tamamilə dayandıra bilərəm.
Buna görə təəssüf edirəm və üzr istəyirəm.
Amma heç bir dəstəyi olmayan bir insan olaraq mən artıq özümü və ailəmin təhlükəsizliyini riskə ata bilmərəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31