İran rejiminin xalqa qarşı qətliamı dünyaya çatdırılmalıdır - ÖZƏL
23 Noyabr 2022 13:31 Güneyİran rejiminin ölkə ərazisində baş qaldıran etiraz aksiyalarını zor gücüylə yatırması, bu zaman əli yalın xalq kütlələrinə qarşı xüsusi amansızlıqlar törətməsini kütləvi informasiya vasitələrinin beynəlxalq əlaqələrindən, çıxışlarından istifadə edərək dünyaya çatdırmaq lazımdır. Bu fikirləri "OLAYLAR"-a "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Güneydə ayaqlanmış soydaşlarımızın öz haqq və hüquqlarına nail olması, azadlıqlarına qovuşması üçün hər birimiz əlimizdən gələni etməliyik:
"İndi Güneydə yaşayan soydaşlarımızın öz azadlıqlarına qovuşub milli hökumətlərini yaratmaları üçün əlverişli şərait yetişib, Sadəcə bu şəraitdən lazımınca istifadə edib prosesləri öz xeyrimizə dəyişməz lazımdır. Bunun üşünsə hər kəs çiynini bu yükün altına verməlidir".