İranda azərbaycanlı qadının qətli ilə bağlı etiraz aksiyası keçirilir - VİDEO

İranın Kərəc şəhərində azərbaycanlı gənc qadın Hədis Nəcəfinin ölümünün 40-cı günündə etiraz aksiyası keçirilir.

Olaylar.az trendchr("39")ə istinadinadən xəbər verir ki, aksiyada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaranıb. Polisin etirazçılara qarşı zor tətbiq etdiyi və silahdan istifadə etdiyi bildirilir.

Qeyd edək ki, Hədis Nəcəfi iranlı qız Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyalarında öldürülüb.

Xatırladaq ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq İranın bir neçə şəhərində aksiyalar başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31