Xaş polis bölməsinə silahlı hücum olunub
2 Noyabr 2022 23:28 Güneyİranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub.
Olaylar.az APA-ya istinadən bildirir ki, "Peugeot 405" markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar.
Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb.
Sözügedən avtomobil hadisə yerindən yayınıb.
Atışma zamanı bir polis əməkdaşı yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31