İranda istiqlaliyyət istəyən xalqların bir neçə azad dövləti yaranacaq - ÖZƏL
1 Noyabr 2022 11:34 Güneyİranda artıq bir aya yaxındır ki, başlayan etiraz aksiyalarının nəticə etibarilə hədəfə çatacağı və mövcud rejimin devriləcəyi barədə fikirlər səslənməkdədir. Düzdür, hələlik rejim tam laxlamasa da, lakin bunun gec-tez baş tutacağı, hakimiyyətin devrilərək dünyəvi hökumətlə əvəzlənəcəyi bildirilir.
Məsələ ilə bağlı "OLAYLAR"-a açıqlama verən tarixçi Rəfail Eminov deyib ki, İran İslam Respublikasınıda rejimin dəyişdirilməsi düyməsinə 6 həftə əvvəl basılıb. Onun sözlərinə görə, artıq hadisələr yeni mərhələyə qədəm qoyub deyə bilərik: "İran məsələsində cəmi iki versiya proqnozlaşdırıram. Birincisi, İran İslam Respublikasındakı mövcud teokratik rejim, totalitar üsul-idarə devrilərək yeni dünyəvi İran Respublikası yaradılacaq. İkincisi, İranda istiqlaliyyət istəyən xalqların bir neçə azad dövləti yaranacaq".