Molla rejimi Azərbaycan vətəndaşlarını öz tərəfinə çəkmək üçün min oyundan çıxır - Elbəyi Həsənli

İranın azərbaycandilli "Səhər" proqramı Azərbaycana qarşı böhtan və şərə söykənən təbliğat kampaniyası aparır. Uzun illərdir ki, bu kampaniya bu minvalla davam edir...

Məncə, Azərbaycanda da oxşar proqram yayımlamaq olar. Məsələn, Az.TV də farsdilli "Səhər" proqramı təqdim edə bilər. Niyə biz bunu etmirik? Fars şovinizminin keşiyində duran molla rejimi Azərbaycan vətəndaşlarını öz tərəfinə çəkmək üçün min oyundan çıxır. Biz niyə Cənubi Azərbaycandakı 40 milyonluq soydaşımızın ürəyindən keçənləri tele-ekranlara daşımayaq?

Təklif edirəm ki, fars və azərbaycan dillərində əks təbliğt kampaniyası aparmaq üçün Azərbaycanın böyük tele-kanallarında bu işə start verək.

Sağ olsun, Əhməd Obalı. "Günaz TV"-ni qurdu, bu problemin həlli üçün bir çığır açdı. Alqışa layiqdir. Ancaq bu, azdır. Azərbaycan dövləti bu işə ciddi paralar xərcləməlidir. Dövlət maraqlarımızın müdafiəsi və təbliği üçün bu, son dərəcə önəmli məsələdir...

Olaylar.az xəbər  verir ki bu  barədə  öz feysbuk hesabında Elbəyi Həsənli məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31