İran daim Azərbaycanın zəif olması üçün əlidən gələni əsirgəməyib - ÖZƏL

"Ötən əsrin 90-cı illərində Tehranda Azərbaycan prezidentlərinin səlahiyyətlərini icra edən parlament spikeri Yaqub Məmmədovla Ermənistan prezident Levon Ter-Petrosyan arasında İran İslam Respublikasının vasitəçiliyi ilə  danışıqlar təşkil etmişdi. Danışıqlarda tərəflər Qarabağda atəşkəsin əldə olunmasına dair razılaşma əldə etmişdilər. Lakin danışıqları başa vurub Tehranı tərk etməyə hazırlaşan Yaqub Məmmədov Şuşanın erməni qüvvələri tərəfindən işğal edildiyi barədə xəbəri aldı". Bunu "Olaylar"a deyən hüquqşünas Rövşən Qasımov bildirib ki, İranın ilk və son vasitəçiliyi olduğu dönəmdə Azərbaycan Şuşanı itirdi: "Məlum olur ki, o zamanda İran İslam Respublikası hiylə işlədib və Azərbaycanı aldadıb. Sual olunur ki, həmin zaman İsrail ilə Azərbaycan əlaqələri olmadığı halda İran İslam Respublikası Azərbaycanı nə üçün müdafiə etmədi? Cavab sadə və bəsitdir-İran İslam Respublikası heç bir zaman Azərbaycanın müdafiə etməyib  və daim Azərbaycanın zəif olması üçün əlidən gələni əsirgəməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31