İranın Rusiyaya hərbi dəstəyinin arxasında hansı məqamlar dayanır? - ÖZƏL

"Bir neçə gün əvvəl Azərbaycan prezidentinin bütün dünya azərbaycanlılarına kömək ediləcəyi barədə açıqlamaları sözsüz ki, İran dövlətinin tərkibində olan 40 milyonluq Cənubi Azərbaycana bir başa aid açıqlamadır. Qeyd edilənlərin analizi onu göstərir ki, Tehran dövlətinin Rusiya-Ukrayna müharibəsinə tərəf kimi qoşulması və sövdələşməsi Azərbaycanla bağlı məsələdir". "Olaylar" xəbər verir ki, bunu deyən qazi, hüquqşünas Vüqar Dadaşov qeyd edib ki, nəzərdən qaçırmamalıyıq ki, 23.02.2022-ci il Moskva Bəyannaməsinə əsasən Rusiya və Azərbaycan müttəfiq hesab olunur: "Buna görə də Tehran dövlətinin Rusiyaya hərbi dəstəyinin arxasında İranın Azərbaycana qarşı hərəkətlərində Rusiyanın mane olmamaq vədi dura bilər. Ancaq o da faktdır ki, Tehran dövlətinin Azərbaycana qarşı hərəkətlərinin bir neçə vacib əsaslardan özünün məhvinə bərabərdir. Tehran dövlətinin hərbi güclə Azərbaycana qalib gəlməsi Ermənistan Azərbaycana qalib gələcəyi vədinə bərabərdir. Digər tərəfdən, Azərbaycanın real müttəfiqləri ilə, daha doğrusu Türkiyə, İsrail, Pakistan birliyi qarşısında Tehran dövləti haqqında ancaq keçmiş zamanda danışıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31