İran Ermənistana birgə hərbi təlimlər keçirmək təklifi etdi
26 Oktyabr 2022 15:30 Güneyİran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib. Bu barədə Ermənistan parlamentinin deputatı Anna Qriqoryan müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi İrəvan bu təklifi cavabsız qoyub: "İranla son iki il ərzində bir dənə də olsun hərbi təlim keçirilməyib", - deyə Qriqoryan vurğulayıb.
Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb: "Ermənstan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər", - deyə o, narazılıq edib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31